Moskva İrəvanı "sındırdı"

Moskva İrəvanı "sındırdı"
14:52 19 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya İstintaq Komitəsinin rəhbəri, general-polkovnik Aleksandr Bastırkin İrəvana gəlib.

Anspress-in məlumatına görə, Bastırkinin Ermənistan İstintaq Komitəsinin rəhbəri Ağvan Ovepyan ilə söhbətinin əsas müzakirə mövzusu Gümrüdə bir erməni ailənin 6 üzvünü qətlə yetirmiş rus əsgər Valeri Permyakovun istintaqı olub. Erməni mətbuatından belə görünür ki, Rusiya tərəfi rus əsgərin İrəvanda mühakimə edilməsinə razılıq verməyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakovu Ermənistanda mühakimə etmək istəyirlər, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında - qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutublar.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR