Nazir sırğasını tapmaq üçün Twitter-dəki izləyicilərindən kömək istədi

Nazir sırğasını tapmaq üçün Twitter-dəki izləyicilərindən kömək istədi
14:58 19 Yanvar 2015
332 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Avstraliyanın xarici işlər naziri Culi Bişop mirvari sırğasını itirib. Hadisə bazar ertəsi C.Bişopun “Sky News” telekanalına müsahibə vermək üçün Sidneyin mərkəzindəki Martin Pleys meydanına gəldiyi vaxt baş verib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Nazir kameralar qarşısına təkcə sağ qulağındakı sırğa ilə çıxıb və müsahibə başa çatandan dərhal sonra özünün “Twitter”dəki səhifəsində oxuculara xahişlə müraciət edib.

Avstraliya XİN rəhbəri yazıb: "Salam, "Twitter" istifadəçiləri, mən bu gün Martin Pleysdə sırğamı itirmişəm. Onu tapan şəxs mənə 02 62777XXX nömrəli telefona zəng vursa, minnətdar olaram".

Qeyd edək ki, hazırda C.Bişopun Twitter-dəki səhifəsində oxucuların sayı 90 mindən artıqdır. Hələlik sırğanın tapılıb sahibinə qaytarılması barədə məlumat yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2354798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR