İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1,7 milyard manatı ötüb

İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1,7 milyard manatı ötüb
14:58 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
İnformasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2014-cü ildə əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) illik hesabatına görə, sektorun ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda 3,2 faiz təşkil edib. Gəlirlərdə özəl sektorun payı 77 faizdən 80 faizə yüksəlib. Sektor üzrə 331.6 milyon manat gəlir əldə olunub.
İnfrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi üçün RYTN üzrə 57,2 milyon manat, ümumilikdə sektor üzrə isə 142 milyon manat investisiya yatırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IKT_informasiya_ve_pocht_sektorunda_elde_olunan_gelirlerin_hecmi_17_milyard_manati_otub-825747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR