ABŞ-da bank müflis oldu

15:03 19 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ hakimiyyəti Florida ştatındakı "First National Bank of Crestview" bankının fəaliyyətini dayandırıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, bu, 2015-ci ildə ölkədə bağlanmış ilk kredit təşkilatıdır.

Bu bankın aktiv və depozitləri Luiziananın "First NBC Bank"ına keçəcək.

Qeyd edək ki, 2014-cü il sentyabrın 30-na olan məlumata görə, "First National Bank of Crestview" bankının 79,7 milyon dollar həcmində aktivi olub, depozitlərinin həcmi isə 78,6 milyon dollar təşkil edib.

Ötən il ABŞ-da müflis olmuş maliyyə təşkilatlarının sayı 18-ə çatıb. 2013-cü ildə bu göstərici 24 bank təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR