Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib
15:03 19 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
FHN-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul işçiləri, nazirliyin akademiyasının müəllim heyəti və kursantlar əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra akademiyanın rəisi general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır. Şəhidlərin qəhrəmanlığı gənclər üçün bir vətənpərvərlik örnəyidir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışında xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs edib, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Mərasimdə Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şücaətindən bəhs edən məruzə ilə çıxış edib.
Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Akademiyasinda_20_Yanvar_sehidlerinin_xatiresine_hesr_olunmus_anma_merasimi_kechirilib-825751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR