Binəqədi rayon İcra Hakimiyyəti başçısının nümayəndəliyi hesabat verdi (FOTO)

Binəqədi rayon İcra Hakimiyyəti başçısının nümayəndəliyi hesabat verdi (FOTO)
15:03 19 Yanvar 2015
324 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata göeə, hesabat yığıncağında rayon rəhbəri ilə yanaşı, rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və145 nəfər qəsəbə sakini iştirak edirdi.

Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.

Sonra rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış etdi.

Məruzə ətrafında qəsəbə sakinlərindən Zivər Abbasova, Elçin Eminov, İsfəndiyar Əbdüləzimov, Gülabbas Pirverdiyev, Mətanət Nəsibova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.

Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR