"Rəvan" "Qaradağ"la "sülh" bağladı - VİDEO

"Rəvan" "Qaradağ"la "sülh" bağladı -   VİDEO
15:07 19 Yanvar 2015
121 İdman
Ölkə mətbuatı
A- A+

"Rəvan" qış hazırlığı çərçivəsində ilk yoxlama matçına çıxıb. Fanat.az xəbər verir ki, "aslanlar” yanvarın 17-də ev oyunlarını keçirdikləri "Bayıl Arena” stadionunda "Qaradağ Lökbatan”la üz-üzə gəliblər.

Maraqlı keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. "Rəvan” hesabda 2 dəfə öndə olsa da, qələbəni əldən verib. "Sarı-qırmızılılar”ın heyətində Əli Bağırovla Elgün Abbaslı fərqlənib. Hər iki futbolçu penalti zərbəsini dəqiq yerinə yetiriblər.

Qeyd edək ki, "Rəvan” növbəti yoxlama oyununu "Ağsu”ya qarşı keçirəcək. Yanvarın 21-də "Bayıl Arena”da baş tutacaq duel saat 13.00-da başlayacaq.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquot-quotqaradaquotla-quotsulhquot-balad-t17602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR