Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
15:08 19 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 19 yanvar, Bağır Əliyev, AzərTAc 
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş açıq tarix dərsi keçirilib.
AzərTAc xəbər verir ki, Suparibağ kənd tam orta məktəbinin X-XI sinif şagirdlərinin və müəllimlərin iştirak etdikləri tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, 1990-cı ilin yanvarı Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. O qanlı-qadalı günlərdə Sovet imperiyasının silahlı birləşmələri Bakı şəhərində Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam törədiblər. Vətənin müstəqilliyi uğrunda mübarizəyə qalxan, torpağına, sərhədlərinə edilən təcavüzə etirazını bildirən günahsız insanlar təpədən dırnağadək müasir silahlarla silahlanmış Sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı olublar.
Açıq tarix dərsində çıxış edənlər Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qətliamı pisləyərək bu faciəyə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açıblar.
Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_tarixinin_qehremanliq_sehifesi-825752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR