İran Prezidenti işə metro ilə gedib

İran Prezidenti işə metro ilə gedib
15:18 19 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 19 yanvar, AzərTAc
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani işə metro ilə gedib.
Hər il yanvarın 19-u İranda “Təmiz hava” günü kimi qeyd edilir. Bu günü qeyri-adi şəkildə qeyd edən Prezident Həsən Ruhani Tehran metrosundan istifadə edərək prezident sarayına gedib.
Prezidenti metroda görən sərnişinlər və paytaxt sakinləri xeyli təəccübləniblər.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_Prezidenti_ise_metro_ile_gedib-825755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR