SOCAR: “Azərneftyağ”ın fəaliyyətinə xitam verilməsi ixtisarları qaçılmaz edir

SOCAR: “Azərneftyağ”ın fəaliyyətinə xitam verilməsi ixtisarları qaçılmaz edir
13:47 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:37 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verərək Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir mərkəzdən idarə etməkdir.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

 

“Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır.

 

“Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik şəffaflıq təmin ediləcək”, - deyə X. Məmmədov bildirib.

 

Vitse-prezident əlavə edib ki, “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə ixtisarların aidiyyatı yoxdur.

 

Qeyd edək ki, SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR