Bərdəli gəncin həyat və yaradıcılıq eşqi

Bərdəli gəncin həyat və yaradıcılıq eşqi
15:23 19 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 19 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Bərdə şəhərinin 23 yaşlı sakini İlkin İbadlı sağlamlıq imkanından məhrum olsa da, çəkdiyi rəsmlərlə diqqəti cəlb edir. 12 ildir ki, miopatiya xəstəliyindən əziyyət çəkən İ.İbadlının rəssamlığa olan həvəsi uşaq vaxtlarından yaranıb.
İ.İbadlı AzərTAc-a deyib: “11 yaşımadək bütün həmyaşıdlarım kimi mən də yeriyirdim, məktəbə gedirdim, yoldaşlarımla futbol oynayırdım. Lakin miapatiya xəstəliyinə tutulduqdan sonra bütün bunlardan məhrum oldum”.
I qrup əlil olan İ.İbadlı təbiət mənzərələrini, tarixi abidələri və xəritələri çəkməyə daha çox həvəs göstərir. Çəkdiyi rəsmlər rayonda keçirilən sərgilərdə nümayiş olunur.
2007-ci ildə Bərdədə 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülüb. 2009-cu ildə isə Bakıda keçirilən Əlillərin VII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qalibi olub. Müsabiqə və sərgilərdə diplom və tərifnamələrlə təltif edilib.
İ.İbadlı deyir ki, ən böyük arzusu müalicə olunmaq, yerimək, insanlar arasına çıxmaqdır. Bundan əlavə, o, keyfiyyətli boya və rəsm ləvazimatlarının olmasını, rəssamlıq təhsili almağı, bu peşənin incəliklərinə yiyələnməyi və fərdi sərgisinin açılmasını çox istəyir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR