Kibrit və kartondan Qız qalası

Kibrit və kartondan Qız qalası
15:23 19 Yanvar 2015
300 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 19 yanvar, İlkin Adıyev, AzərTAc
Kiçik yaşlarından incəsənətə maraq göstərən bu məktəbli kibrit çöpləri və kartondan müxtəlif fiqurlar düzəldir.
Fərid Əzimov Cəlilabad rayon Xəlilabad kənd orta məktəbinin X sinif şagirdidir. Bu bacarığı ilə o, həmyaşıdlarından fərqlənir. Fərid kibrit və kartondan Qız qalası, Eyfel qülləsi və digər fiqurlar hazırlayıb. O, həmçinin rəsm çəkməyi də xoşlayır. Bu sahəyə marağı və hazırladığı əşyalar haqqında AzərTAc-a danışan Fərid əl işlərini daha da təkmilləşdirəcəyini deyir.
2013-cü ildə Fərid rəsm çəkmək üzrə rayon müsabiqəsinə qatılıb. 2014-cü ildə isə Gül bayramına həsr olunmuş sərgidə iştirak edib. Arzusu isə respublika müsabiqələrində iştirak etməkdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kibrit_ve_kartondan_Qiz_qalasi-825757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR