İraqda yüzlərlə kürd əsiri azad edilib

İraqda yüzlərlə kürd əsiri azad edilib
15:28 19 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
İŞİD İraqda 350-yə yaxın yəzdi kürdünü azad edib. Onlar kürd dəstələrinin nəzarət etdikləri Kərkük şəhərinə gətirilib. Azad edilənlərin, demək olar ki, hamısı yaşlılar, əlil və xəstələr, o cümlədən ağır xəstəlikdən əziyyət çəkən uşaqlardır.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, keçən ilin yay aylarında İŞİD-in İraqın şimal-qərb bölgələrinə hücumu nəticəsində bu ərazilərdə yaşayan minlərlə kürd əsir düşmüş, on minlərlə yəzdi kürdü isə İraq Kürdüstanına sığınmışdı.
İŞİD tərəfindən əsirlərin bir hissəsinin azad edilməsi İraq hökuməti üçün də gözlənilməz olub. Yerli orqanlar qruplaşmanın əsirləri yedizdirmək və mühafizə etməyə artıq imkanlarının olmadığını deyirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iraqda_yuzlerle_kurd_esiri_azad_edilib-825759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR