Ruslar Serji satın alır

Ruslar Serji satın alır
15:31 19 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistandakı hərbi bazasında Gümrüdə həlak olmuş erməni ailəsi üçün pul yığılmağa başlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Gümrüdəki 102 saylı rus hərbi bazasının komandiri Andrey Ruzinski Ermənistanın Şirak vilayətinin qubernatoru Feliks Çolakyanla telefon söhbəti zamanı bildirib.

Beləliklə ruslar ermənilərin könlünü alıb sakitləşdirmək istəyir. Bu, həm də Rusiyanın öz müstəmləkəsi Ermənistana qarqşı neo-imperialist yanaşmasının təzahürüdür. Suverenliyinin əsas elementi olan hərbi müstəqilliyini Moskvaya güzəştə getmiş Ermənistanda rus əsgər Valeri Permyakovun Gümrüdə törətdiyi qırğından sonra istiqlal çağırışları edilirdi. Moskva bu cür qəpik-quruşla erməniləri sakitləşdirmək istəyir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR