"Ermənistan Aİİ-yə iqtisadi problemlər gətirəcək"

13:48 25 Dekabr 2014
67 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) inkişaf üçün perspektivdən daha çox iqtisadi problem gətirəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın "The Los Angeles Times" qəzetində dərc olunmuş "Putin Avropa bloku ilə rəqabət apararaq Aİİ-nin sərhədlərini genişləndirir" başlıqlı məqalədə deyilir.

Qəzet yazır ki, Rusiya Avropa İttifaqı ilə rəqabət aparmağa cəhd edərək Aİİ-ni genişləndirir: "Keçmiş sovet respublikalarının belə ittifaqı Aİ-yə zidd olaraq düşünülüb. Aİ-nin siyasi və iqtisadi "birliyi" Rusiya sərhədlərinədək çatıb. Söhbət "soyuq müharibə" dövründə qarşılıqlı İqtisadi Şuranın tərkibinə cəlb edilmiş Şərqi Avropa və Baltikyanı ölkələrdən gedir".

Məqalədə deyilir: "Keçmiş sovet blokunun ən kasıb ölkəsi olan Qırğızıstanın Aİİ-yə üzv olması bu təşkilatın kollektiv şəkildə çiçəklənməsinə xidmət etmir. Ermənistan isə inkişaf üçün perspektivdən daha çox Aİİ-yə iqtisadi problemlər gətirəcək. Azərbaycanla hərbi münaqişəsi olan Ermənistanda adambaşına düşən ÜDM 6,3 dollardır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2347517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR