“Ulduzlarımızın bir paltara verdiyi pula 4 libas alıram”

“Ulduzlarımızın bir paltara verdiyi pula 4 libas alıram”
15:36 19 Yanvar 2015
185 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İlhamə Qasımova model olmaq sevdasına düşüb.

Axşam.az-ın məlumatına görə, şou-biznesin ən ucaboy xanım ifaçılarından hesab edilən İlhamə “Onlar” verilişinə açıqlamasında boyuna görə kompleks keçirmədiyini bildirib:

“Boyuma görə mənə mənfi rəylər gəlir. Amma buna görə kompleksim olmayıb. Hər bir boyda insan özü-özünün idealını yaratmalıdır. Bir vaxtlar deyirdim ki, kaş bir az da hündür olardım. Çox istəyərdim model olum. Bu peşə üçün ürəyim gedir. Ancaq 90-60-90 olmamışam, ola da bilmirəm. Mən 190-60-190 olmuşam. Modellik üçün lazım olan qurbanları verə, acından ölə bilmərəm. Boyum çox vaxt çəkimi ört-basdır edib”.

İlhamə heç vaxt Bakıda alış-veriş etmədiyini deyib:

“Xaricə hara gedirəmsə, geyim alıram. Bizim ulduzlarımızın bir paltara xərclədiyi pula mən 4 libas alıram. Bir paltara 1500-2000 min manat pul xərcləmirəm, heyfim gəlir. Hazırda ayağımdakı ayaqqabımı 290 avroya, paltarımı isə Türkiyədən təxminən 240 manata almışam”.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR