Qan qılınca qalib gəldi

15:43 19 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 19 yanvar, AzərTAc
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü Beyləqan rayonunda ümumxalq hüzn günü kimi qeyd edilir.
AzərTAc xəbər verir ki, yanvarın 19-da Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, “N” saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar.
Şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20–nə keçən gecə Sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciənin mahiyyətindən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar. Bildirilib ki, 20 Yanvar faciəsi təkcə hüzn günü kimi deyil, həm də xalqımızın Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı şanlı mübarizə kimi qeyd olunmalıdır.
Mərasim rayon mədəniyyət evində davam edib. Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı “Qan qılınca qalib gəldi” tamaşası nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qan_qilinca_qalib_geldi-825768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR