Azərbaycan velosipedçisi dünya kuboku yarışlarında beşinci olub

Azərbaycan velosipedçisi dünya kuboku yarışlarında beşinci olub
15:43 19 Yanvar 2015
118 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə dünya kubokunun sonuncu – üçüncü mərhələsinə yekun vurulub.
AzərTAc xəbər verir ki, planetin 46 ölkəsindən idmançıların mübarizə apardıqları yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunub.
İlk yarış günündə idmançılarımız 2 növdə çıxış ediblər. Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda qalıb. Otuz iki velosipedçi arasında yarışan idmançımız təsnifat mərhələsində beşinci olub və onaltıdabir finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Hollandiya, səkkizdəbir finalda isə Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran O.İsmayılova Honqkonq təmsilçisinə uduzub. Bununla da 5-ci yer uğrunda yarışmalı olan idmançımız Böyük Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci pillədə bitirib.
Beləliklə, Dünya Kubokunun 3 mərhələsinin yekununa əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233 xalla 6-cı nəticə göstərib. Velosipedçimizin geridə qoyduğu idmançılar arasında almaniyalı Olimpiya çempionu Kristina Foqel də var. Bu isə dünya kuboku kimi məsul yarışda ilk dəfə çıxış edən idmançımız üçün kifayət qədər yüksək nəticədir. Sergey Omelçenkoya gəlincə, o, keyrin növündə 3 mərhələnin yekununda 50 nəfər arasında 124 xalla 16-cı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_velosipedchisi_dunya_kuboku_yarislarinda_besinci_olub-825766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR