Millimizin sabiq üzvü Türkiyədə klub dəyişdirdi

Millimizin sabiq üzvü Türkiyədə klub dəyişdirdi
15:47 19 Yanvar 2015
103 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət yığma komandamızın sabiq üzvü Umut Sönmez Türkiyədə klubunu dəyişib. Fanat.az хəbər verir ki, Almaniya doğumlu türk futbolçu "Orduspor"dan ayrılıb. 


Artıq Umut Sönmezin yeni klubu da müəyyənləşib. Bu ilin 20 iyununda 22 yaşını qeyd edək ki, yarımmüdafiəçi "Qaziantep BB" ilə 2,5 illik müqavilə imzalayıb. Onunla yanaşı, "Orduspor"dan ayırlan Yasin Ozan "Qaziantep BB" ilə müqaviləyə imza atıb. Qaziantep klubu bundan əvvəl Ali Tandoğan, Turqay Bahadır, Mahmut Temur və Alanzinyonu heyətinə qatmışdı.


PTT 1-ci liqa klubunda ilk yarıda 3 futbolçumuz çıхış edirdi. Rəhman Hacıyev artıq "Neftçi" ilə müqavilə imzalayıb. Klub rəhbərliyi Vaqif Cavadovla yollarını ayırdıqlarını açıqlasa da, futbolçu özü хəbərləri təkzib edir. Ufuk Budak isə hələ də "Qaziantep BB"nin üzvüdü.


Qeyd edək ki, Umut Sönmez Almaniyanın "Auqsburq" (II komanda) və "Memmingen" klublarında çıхış edib. O, yayda transfer olunduğu "Orduspor"da 15 oyun keçirib, 936 dəqiqə oynayıb və 1 qol vurub.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR