"Mercedes" əvvəlcə "06", sonra dirəyə çırpıldı

15:47 19 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Şəkinin Oğuz yolu küçəsində yol qəzası baş verib. Kanal S (RegionTV) xəbər verir ki, Ağcabədi rayon sakini, 53 yaşlı Bayram Qasımovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Xankəndi şəhər sakini, 28 yaşlı Rasim Hüseynovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

"Mercedes" markalı avtomobil daha sonra yolun ortasındakı dirəyə çırpılıb. Hadisə nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunublar. Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR