Azərbaycan Metanol Şirkəti 100 min ton metanolu dünya bazarına ixrac edib

Azərbaycan Metanol Şirkəti 100 min ton metanolu dünya bazarına ixrac edib
13:53 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan Metanol Şirkəti (AzMeCo) 2014-cü ilin avqust ayından başlayaraq istehsal etdiyi 100 min ton metanolu dünya bazarlarına ixrac edib. Metanol dünya bazarında müştərilərə Bakı limanı və Gürcüstanın Poti və Kulevi limanı vasitəsilə çatdırılmışdır. Istehsal olunan metanol satış limanlarına Azmeco şirkətinə məxsus dəmir yol vaqonları ilə yetişdirilib. Avqust ayından bu günə kimi 100 min ton metanol Türkiyə, Rumıniya, Sloveniya, Hollandiya və Belçikaya ixrac olunmuşdur.

AzMeCo zavodunda istehsal olunan metanolun əsas alıcısı qismində Böyük Britaniyanın BP şirkəti çıxış edir. Qeyd olunan dövr ərzində metanolun satışı zamanı əsasən Gürcüstanın Kulevi limanından istifadə olunub. Həmçinin vurğulamaq lazımdır ki, metanolun satışı və daşınması zamanı Azmeco şirkəti yeniliklərə imza atmışdır. Belə ki, ilk dəfə olaraq Volqa-Don kanalı vasitəsilə metanolun daşınması və Poti, Kulevi limanları vasitəsilə ilk dəfə böyük həcmdə yüklənməsi həyata keçirilmişdir.

AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev bu haqda demişdir: “Azərbaycanda metanol zavodunun tikilib başa çatması və uğurla fəaliyyət göstərməsi ölkə rəhbərliyinin özəl sektora himayəsinin bariz nümunəsidir. Azmeco metanol istehsalı zavodu ölkəmizin qeyri-neft sektorunda ən böyük sərmayələrdən biridir. Və ekoloji cəhətdən müasir dünya standartlarına cavab verən bir müəssisədir. Şirkətimiz bundan sonra da Azərbaycanın iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək.”

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR