Sindi Kroufordun yeni fotosessiyası

Sindi Kroufordun yeni fotosessiyası
16:06 19 Yanvar 2015
191 Şou
Ölkə mətbuatı
A- A+

Model Sindi Krouford Britaniyanın “London Evening Standard” jurnalının üz qabığı üçün fotosessiya etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz, həmçinin jurnala müsahibəsində 90-cı illərin model biznesi haqda danışıb və həmin vaxtla müasir dövrün gözəllik ideallarını müqayisə edib: 

“İndi modellər çox nadir hallarda qlamur jurnalların üz qabıqlarını bəzəyir və dünya markalarının simasına çevrilirlər. Onların yerlərini şou-biznes ulduzları tutub. Məhz aktrisa, müğənni və tele-ulduzlar dünya brendlərinin reklamlarında çəkilməyə dəvət olunurlar. Bu gün model olmaq elə də asan deyil”.

Super modelin sözlərinə görə, əvvəllər aktrisalar öz işləri ilə məşğul olmağa daha çox üstünlük verirdilər: 

 “90-cı illərdə aktrisalar reklam müqavilələrindən qaçırdılar. Qızmızı xalının podiuma çevrilməsini istəmirdilər. Hazırda isə bunun əksini müşahidə edirik. Hərə öz işi ilə məşğul olurdu. Dəb sənayesi sadəcə qlamurla və bir neçə brendlə kifayətlənmirdi. Marka seçimi çox idi. Bu, bizim qızıl dövrümüz idi. Biz model biznesinin rok ulduzları idik. Heç kimi bizi əvəz edə bilməyib”.

Qeyd edək ki, Sindi Krouford iki uşaq anasıdır.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR