“Disney”in mühəndisləri qum üzərində şəkil çəkən robot yaradıblar

“Disney”in mühəndisləri qum üzərində şəkil çəkən robot yaradıblar
16:06 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Disney Research” elmi tədqiqat laboratoriyasının mühəndisləri Sürix  Ali texniki məktəbinin mütəxəssisləri ilə birgə qum üzərində şəkillərin yaradılması üçün nəzərdə tutulmuş “Beachbot” adlı robot düzəldiblər.


"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, kiçikölçülü robot görünüşcə tısbağanı xatırladır və qum üzərində iz qoymayan yumşaq təkərlərin köməyi ilə hərəkət edir. Robotun arxa hissəsində quraşdırılmış xüsusi "dırmıqlar"  qum üzərində şəkillər yaradır.


Robot məkanda istiqaməti təyin etmək üçün daxili lazer datçiklərindən istifadə edir, amma əvvəlcədən quma sancılmış xüsusi sütunların köməyi ilə robotun hərəkət marşrutunu nişanlamaq lazımdır. İşə saldıqdan sonra robot təyin edilmiş şəkli yarada və ya operatorun komandası üzrə hərəkət edə bilər.



Emil Hüseynov
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR