İraq neft hasilatını artırır

İraq neft hasilatını artırır
16:16 19 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətinin düşməsinə baxmayaraq, İraq bu il neft hasilatını rekord həddə çatdırmağı düşünür.

ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi məlumata görə, bunu ölkənin neft naziri Adil Abd əl-Mehdi bildirib.

O, türkiyəli həmkarı Taner Yıldız ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, əldə olunan razılaşmaya əsasən, bu il ərzində neft hasilatını gündəlik 4 milyon barelə yüksəldəcəyik. Bu artım neftin qiymətinin düşməsindən yaranan zərərin kompensasiya olunmasına kömək edəcək.

Onun qiymətləndirməsinə görə, İraqın xaricə gündəlik neft ixracı 3.3 milyon barel olacaq.

Xatırladaq ki, hazırda İraq neft ehtiyatlarına görə dünyada beşinci yeri tutur. Bu ölkə müharibə və iqtisadi sanksiyalardan sonra energetikasını bərpa edir. İraq ötən ilin dekabrında gündə 2.94 milyon barel neft ixrac edib. Bu, 1980-ci ildən bəri ən yüksək göstəricidir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR