DSMF jurnalistləri mükafatlandırıb - FOTO

DSMF jurnalistləri mükafatlandırıb - FOTO
13:57 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:52 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə,

tədbirdə bildirilib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 oktyabr 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixə kimi Azərbaycanın sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər  təqdim  olunub.

 

Bundan sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.

 

DSMF-nin sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. E. Mehdiyev bildirib ki, fond sığorta-pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaqdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR