Qaradağda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi (FOTO)

Qaradağda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi (FOTO)
16:23 19 Yanvar 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

19 yanvar 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirildi.

Görüşdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirdi. Qeyd etdi ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi.

Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı və onlara maddi, ərzaq yardımı göstərildi.

Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəlbimizdə daima yaşayacaqsız” adlı ümumrayon anım mərasimi keçirildi. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başladı.

Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha tarixi yaşadırdı. Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, nəfər yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.

Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR