Şamaxıda narkotik plantasiyası əkən 60 yaşlı kişiyə AĞIR CƏZA

Şamaxıda narkotik plantasiyası əkən 60 yaşlı kişiyə AĞIR CƏZA
16:24 19 Yanvar 2015
346 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələr olan bitkiləri kultivasiya etmədə təqsirli bilinən Şamaxı rayon sakini, 1954-ci ilə təvəllüdlü Sərdar Şərifzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə S. Şərifzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  keçən il iyulun 24-də  Şamaxı rayon Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik maddə plantasiyası aşkarlanıb. Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb. 

Sərdar Şərifzadə istintaq ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürüb və sahibinin ilə razılığı çətənə kolları əkib. Bu müddət ərzində narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib. Sərdar Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da, istəyinə çata bilməyib. 

Faktla bağlı S. Şərifzadəyə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

 

 

 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR