Nəcməddin Sadıkov Azərbaycanı tərk etdi

Nəcməddin Sadıkov Azərbaycanı tərk etdi
16:28 19 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvətilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə yola düşüb.

NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstan İslam Respublikasındakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR