Bakıda 40 minlik qəza

Bakıda 40 minlik qəza
14:01 25 Dekabr 2014
87 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda körpünü dağıdan yol qəzası ilə bağlı rəsmi məlumat yayılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləcəridə baş verən yol qəzasında yol təsərrüfatına 40 min manata yaxın ziyan dəyib.

Qəza nəticəsində maşın aşıb. Sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Hadisə Biləcəri qəsəbəsində, körpünün girəcəyində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Shagman" marklı yük maşını körpüdən keçərkən ilişib. Maşın körpünü dağıda-dağıda bir neçə metr gedib və aşıb.

Nəticədə yük maşınında olan qum və çınqıl yola dağılıb. Yolda tıxac yaranıb.

Hazırda hadisə yerində yol polisi araşdırma aparır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR