"Budapeşt-1956. Bakı-1990. İmperiyanın başlanğıcı və sonu"

16:33 19 Yanvar 2015
93 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyi 20 Yanvar faciəsinin 25 illiyi və sovet qoşunlarının Budapeştdə xalq inqilabını amansızlıqla yatırmasının gələn il tamam olacaq 60 illiyi münasibətilə "Budapeşt-1956. Bakı-1990. İmperiyanın başlanğıcı və sonu" kitabını çapa hazırlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, layihənin Macarıstan tərəfdən koordinatoru tanınmış macar hərbi jurnalist, uzun illər "Nepsabadşaq" qəzetinin keçmiş SSRİ üzrə müxbiri olmuş Peter Dunai, Azərbaycan tərəfdən isə səfir Vilayət Quliyevdir.

Kitabda çoxsaylı arxiv materialları, mətbuat informasiyaları, hadisələrin canlı şahidlərinin xatirələri, rəsmi məlumatlar, tarixçilərin və siyasi şərhçilərin fikirləri toplanıb. Burada eyni zamanda hadisələrin isti izi ilə çəkilmiş çoxsaylı fotomateriallara da geniş yer verilib.

Kitabın ilk versiyası rus dilində hazırlanıb. Gələcəkdə onun macar və Azərbaycan dillərinə tərcüməsi də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR