Ronaldo rekord vurdu

Ronaldo rekord vurdu
16:36 19 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya yığmasının üzvü, Madridin "Real" klubunun futbolçusu Kristiano Ronaldo yeni rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, İspaniya mətbuatı yazıb ki, La Liqada "Hetafe" ilə qarşılaşan "Real" növbəti qələbəsini qazanıb. Görüş 3:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb. Oyunda 2 qol vuran K.Ronaldo səfərdə vurduğu qolların sayını 89-a çatdırıb. O, bununla da yeni rekorda imza atıb və birinciliyi ələ alıb.

Xatırladaq ki, indiyədək bu titulu 87 qol vurmaqla ispaniyalı Raul Qonsalesi məxsus idi.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR