Azərbaycan həbsxanalarının mühafizəsinin səviyyəsi qiymətləndirildi (FOTO)

Azərbaycan həbsxanalarının mühafizəsinin səviyyəsi qiymətləndirildi (FOTO)
16:38 19 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə keçən müşavirədə Mühafizə alayının və Penitensiar Xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov Mühafizə alayının 2014-cü il ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib. O, qeyd edib ki, hesabat dövrü ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib. Eyni zamanda, alaya gələn gənc əsgərlərin qəbulu, onlara vətənpərvərlik ruhunun aşılanması, tədris toplanışlarının və məşğələlərin yüksək səviyyədə keçirilməsi təmin olunub.

Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar Xidmətin rəisi müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov çıxış edərək 2014-cü il ərzində Mühafizə alayının qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib, xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyyələrini verib.

Mühafizə alayının 2014-cü il ərzindəki xidməti və döyüş fəaliyyəti nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla qənaətbəxş hesab edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR