Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi keçirilib

14:07 25 Dekabr 2014
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:06 ]

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra hakimiyyətinin nümayəndələri,  jurnalistlər iştirak ediblər.

 

Şənlikdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra jurnalistlər fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə tanış olublar.

 

6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Balamirzə Zeynalov bildirib ki, bu internat məktəbi 1979-cu ildə fəaliyyətə başlayıb: "Bu il məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev FonduTəhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları,  inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması,  geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitq qüsurlu olan 173 uşaq təlim-tərbiyə alır.  Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur".

 

Sonda Təhsil Nazirli və Heydər Əliyev Fondu tərəfindən internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR