Xalqımızın qəhrəmanlıq tarixi

Xalqımızın qəhrəmanlıq tarixi
16:43 19 Yanvar 2015
218 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 19 yanvar, AzərTAc 
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlaq tarixidir” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çökməkdə olan Sovet imperiyası rəhbərlərinin göstərişi ilə Bakıya qoşun yeridilməsindən, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda dinc nümayişlər keçirən əliyalın insanlara qarşı törədilən qətliamlardan danışıblar. Qeyd olunub ki, bu basqın nəticəsində yüzlərlə insan, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürülüb, yaralanıb.
Mərasimdə o vaxt Moskvada olan ümummilli liderimiz Heydər Əliyevin özünün və ailəsinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Daimi Nümayəndəliyinə gəlməsindən, mətbuat konfransı keçirərək hadisələrə əsl siyasi qiymət verməsindən də danışılıb.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib, uşaqların ifasında “Şəhid oğlum” adlı ədəbi-bədii kompozisiya göstərilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimizin_qehremanliq_tarixi-825793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR