"Türkiyə müxalifəti 1915-ci il hadisələrindən istifadə etməklə hakimiyyətə təzyiq göstərmək istəyir"

16:48 19 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşın Türkiyənin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımalı olmasına dair bəyanatı siyasi bəyanatdır və bu hadisələrdən istifadə etməklə ölkə hakimiyyətinə təzyiq göstərməyə yönəlib. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü Məzhər Bağlı deyib.

Bu gün kürd yönümlü HDP lideri S.Dəmirtaş "CNN Türk" telekanalına müsahibəsində deyib ki, Türkiyə “erməni soyqırımı”nı tanımalıdır.

S.Dəmirtaşın sözlərinə görə, Türkiyə Osmanlı imperiyasının varisidir və bu dövlətin fəaliyyətinə görə məsuliyyət daşımalıdır.

O, qeyd edib ki, Türkiyədə yaşayan kürdlər “erməni qırğını”nda xüsusi rol oynayıblar.

HDP liderinin 1915-ci il hadisələrində kürdlərin də günahkar olmasına dair sözlərini şərh edən M.Bağlı qeyd edib ki, erməni quldur dəstələri 1915-ci ildə Türkiyənin dinc əhalisinə qarşı işğalçılarla birləşiblər ki, bu da ölkədə yaşayan bütün millətlərin nümayəndələrində, eləcə də kürdlərdə qəzəb doğurub.

Hakim partiyanın İdarə Heyətinin üzvü bildirib ki, S.Dəmirtaşın bəyanatı tamamilə Türkiyənin maraqlarına ziddir və ölkənin siyasi elitasına qarşı yönəlib.

M.Bağlı deyib ki, Türkiyədə heç vaxt "erməni soyqırımı" olmayıb.

O, hesab edir ki, S.Dəmirtaşın bu cür bəyanatlarına görə Türkiyə 1915-ci il hadisələri ilə bağlı siyasətini dəyişməyəcək: “Türkiyə zəif dövlət deyil ki, HDP liderinin bəyanatına görə siyasətini dəyişsin”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR