Lənkəranda ana iki yaşlı oğlunu boğaraq öldürüb

14:07 25 Dekabr 2014
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:04 ]

Lənkəran. Ağəddin Babayeva - APA. Lənkəran rayonunda uşaq ölümü faktı baş verib.

APA-nln cənub bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

 

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

 

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

 

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR