Gəncədə üçəm körpə dünyaya gəlib - FOTO

Gəncədə üçəm körpə dünyaya gəlib - FOTO
16:52 19 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 16:48 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində üçəm körpə doğulub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dünyaya gələn körpələrin üçü də oğlandır. Üçəm oğlan uşaqlarını Gəncə şəhər sakini, 23 yaşlı Ramilə Əmrahova dünyaya gətirib.

 

Doğuş özəl klinikalardan birində, qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Klinikadan bildirilib ki, uşaqlar və ana tam sağlamdır. Yeni doğulan körpələrin biri 2 kq, digəri 1kq 800 qram, 3-cü isə 2 kq 100 qram çəkidədir. Bu, ananın ilk hamiləliyi olub.

 

Əmrahovlar ailəsində dünyaya gələn körpələrə Həsən, İbrahim və Məhəmməd adları qoyulub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR