Fuad Qəhrəmanlı: "Arif Hacılı ilə görüşdən hər hansı siyasi nəticə gözləməyə dəyməz"

Fuad Qəhrəmanlı: "Arif Hacılı ilə görüşdən hər hansı siyasi nəticə gözləməyə dəyməz"
16:52 19 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 16:47 ]

Elman Fəttah: “Əsas məqsədimiz müxalifətdaxili intriqaların aradan qaldırılmasıdır"

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Məclisinin belə bir qərarı var ki, Müsavat Partiyası ictimai-siyasi təşkilatlarla, siyasi partiyalarla əməkdaşlıq məsələsini gündəmə gətirməlidir. Əsas hədəf müxalifətdaxili intriqaların aradan qaldırılmasıdır”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. O bildirib ki, Müsavat başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşündə də məqsəd bu olub. AXCP funksionerlərinin görüş barədə açıqlamalarına gəlincə, E. Fəttah qeyd edib ki, burada açıq-aydın qeyri-peşəkar yanaşma görünür: “Əgər kimlərsə hesab edirlər ki, mübarizə müxalifətin daxilində qalmalıdır, bu məsələdə Müsavat Partiyası ilə əməkdaşlıq müstəvisi alınmayacaq. Çünki Müsavat Partiyası müxalifətdaxili intriqalara meylli deyil”.

 

F. Qəhrəmanlı isə APA-ya bildirib ki, görüşdən hər hansı siyasi nəticə gözləməyə dəyməz: “Əli Kərimli ilə görüş Arif Hacılının xahişi ilə keçirilib. Hazırda Müsavat Partiyası ilə hər hansı əməkdaşlıq yoxdur və olmayan məsələyə münasibət bildirmək olmaz”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR