Qandakı şəkəri dərhal ölçən cihaz

16:53 19 Yanvar 2015
316 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Dəriyə yapışdırılan və qandakı şəkərin səviyyəsini dərhal ölçə bilən plastır hazırlanıb.

Trend-in Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, plastırı ABŞ-da Kaliforniya Universitetinin elm adamları hazırlayıblar.

Plastır diabet xəstələrinin işini xeyli asanlaşdıracaq. Sensor tərkibli plastır elektrokimyəvi reaksiya sayəsində qandakı şəkəri ölçəcək. Nəticələr isə simsiz şəbəkə vasitəsilə analiz cihazına göndəriləcək.

Alimlər yeni cihazın ağrı vermədiyini də bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2354860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR