Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1036 nəfər vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub

16:53 19 Yanvar 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1036 nəfər vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri təşkil edib. Habelə 25 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.
Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota üzrə iş yeri ayrılmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_mudafieye_xususi_ehtiyaci_olan_ve_ise_duzelmekde_chetinlik_cheken_1036_nefer_vetendas_kvota_uzre_is_yerleri_ile_temin_olunub-825798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR