Separatçılar geri çəkildi

Separatçılar geri çəkildi
16:56 19 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk aeroportuna doğru hücuma keçmiş separatçıların növbəti hücumu dəf edilib.

ANS PRESS UNİAN agentliyinə istinadən məlumat verir ki, bunu Ukraynanın Baş Qərargahından bildiriblər. Donetsk aeroprtunun müdafiəçilərinə silah-sursat və ərzaq çatdırılıb. Separtçıların hücumunun dəf edildiyi bildirilsə də aeroportun ərazisində vəziyyətin ağır olduğu bildirilir. Ukrayna "kibork"ları mövqe tutaraq separatçıların yeni hücumunu gözləyirlər.

Aeroporta nəzarət uğrunda təşkil edilmiş son hücumlar nəticəsində 3 Ukrayna hərbçisi həlak olub. Ukrayna ordusun 66 hərbçi isə yaralanıb. Separatçıların itkiləri barədə məlumat verilmir.

Bu arada separatçı Luqansk Xalq Respublikası qüvvələri iki qırıcı Su-25 və L-29 təlimçi təyyarəsindən ibarət öz Hərbi Hava Qüvvələrinin yaradıldlığını elan edib.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR