Əsəd quşları qoruyacaq

Əsəd quşları qoruyacaq
14:11 25 Dekabr 2014
82 Dünya
Ölkə mətbuatı
A- A+

2011-ci ildən başlayan ölkədaxili qarşıdurmalarda minlərlə insanın ölümünə səbəb olan Əsəd rejimi quşları qoruyacaq. ANS PRESS-in məlumatına görə, Suriya Ətraf Mühit Nazirliyi ilə BMT ətraf mühitin qorunması proqramı rəsmiləri arasında köçəri quşların müdafiəsi ilə bağlı protokol imzalayıb. Protokol quşların təhlükəsizlik köçünü təmin etmə ilə bağlıdır.

Ətraf mühit naziri Nazirə Sırkis quşların qorunması üçün çalışdıqlarını, köçəri quşların Suriya torpaqlarında olan bəzi bölgələrdə istirahət etdiklərini və onların təhlükəsiz şəraitdə köçlərinə davam etməsi üçün əllərindən gələni edəcəklərini deyib.

Qeyd edək ki, Suriyada baş verən toqquşmalarda 200 mindən çox insan ölüb, minlərlə insan ev-eşiyindən didərgin düşüb. Əsəd rejiminə məxsus qüvvəllər demək olar ki, hər gün müxalif qüvvələrin olduğu əraziləri bombalayır. Bu bombardımanlar nəticəsində uşaq, qadınlar da daxil olmaqla onlarla adam ölür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR