Azərbaycanlı aparıcı: "Geyim məsələsində kiminsə məni mühakimə etməsinə imkan yaratmıram"

Azərbaycanlı aparıcı: "Geyim məsələsində kiminsə məni mühakimə etməsinə imkan yaratmıram"
16:57 19 Yanvar 2015
553 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Alidə Mustafayeva uzun ətəklərə üstünük verir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, geyim tərzindən danışan aparıcı libaslarına görə ona müdaxilə edilməsini sevmir:

“Libas seçərkən, ilk növbədə, onun mənə yaraşmasına fikir verirəm. Geyim məsələsində kiminsə məni mühakimə etməsinə imkan yaratmıram. Qısa ətəklərdən çox istifadə etmirəm. Amma başqalarını da geyiminə görə əxlaq tərəzisinə qoymuram. Yaxşı geyinmək bir fərasətdir. Son vaxtlar Bakı küçələrində insanların yaxşı geyindiklərini görəndə sevinirəm.

“Street fashion” yaxşılaşıb. Gözəl geyimi pula bağlayanlarla razı deyiləm. Az pulla da zövqlü geyinmək olur. Son vaxtlar insanlarda individuallıq, yaradıcı yanaşma axtarıram. Brend geyimlərə üstünlük verməkdənsə, öz stilini yaratmaq yaxşıdır. Geyim əhval-ruhiyyəmə təsir edir. Libasımda nəsə çatışmazlıq olanda özümü tənzimləyə bilmirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR