İranın “Daniznews.ir” saytı “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu haqqında xəbər yayıb

İranın “Daniznews.ir” saytı “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu haqqında xəbər yayıb
17:03 19 Yanvar 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 19 yanvar, AzərTAc 
İran İslam Respublikasının “Daniznews.ir” saytında 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində nəşr edilən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu haqqında xəbər yerləşdirib.
AzərTAc-ın materialından istifadə edən sayt yazır ki, nəşrdə 20 yanvar hadisələrinin miqyası, Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu mənada kitab-albomu həm Azərbaycanın indiki və gələcək nəsilləri, həm də Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovun Nobel Sülh mükafatına layiq görmüş dünya üçün yaddaş kitabı adlandırmaq olar.
Yazıda qeyd olunur ki, kitab-albom dəhşətli cinayəti törədənlər üçün tarixi dəlil-sübutlara əsaslanan, təkzibolunmaz ittiham aktı təsiri bağışlayır. Yaxın günlərdə kitab fars dilinə tərcümə edilərək farsdilli oxuculara da təqdim ediləcək.
Yazını aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=2096:azerbaijan-20-yanvar&catid=31:1392-01-23-09-02-52&Itemid=27

Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR