Altı nömrəli respublika xüsusi internat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Altı nömrəli respublika xüsusi internat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17:03 19 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Mülki Aviasiya Muzeyinin və Maştağa qəsəbəsində yerləşən 187 saylı məktəbin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı yanvarın 19-da Türkan qəsəbəsindəki 6 nömrəli respublika xüsusi internat məktəbində tədbir keçirilib.
Milli Aviasiya Muzeyindən AzərTAc-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Mülki Aviasiya Muzeyinin aparıcı elmi işçisi Gülər Rzayeva “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı mühazirə ilə çıxış edib.
Tədbirdə Qarabağ müharibəsi iştirakçısı, 6 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi Kərim Dadaşov xatirələrini şagirdlərlə bölüşüb.
Anma mərasimində 187 saylı məktəbin xor kollektivinin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mahnı və şeirlər səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alti_nomreli_respublika_xususi_internat_mektebinde_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR