"Uşaqlar üçün ekoloji laboratoriya"nın ilk məşğələsi keçirilib (FOTO)

"Uşaqlar üçün ekoloji laboratoriya"nın ilk məşğələsi keçirilib (FOTO)
17:08 19 Yanvar 2015
137 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Yanvar ayının 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya”nın ilk məşğələsi keçirilmişdir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutan “laboratoriya” gənc ekoloqların böyük marağına səbəb olmuşdur. Belə ki, məşğələ zamanı uşaqlar laboratoriya tədqiqatı vasitəsilə təbiət hadisələrinin, xüsusilə də buzların əriməsinin sirlərinə yiyələnmişlər. İnteraktiv xarakter daşıyan məşğələnin gedişində uşaqlar üçün təbiətlə bağlı həvəskar yarışmalar və maraqlı oyunlar təşkil edilmiş, eləcə də uşaqlar tərəfindən müxtəlif incəsənət nümunələri yaradılmışdır.

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir.

“Laboratoriyanın” növbəti təlimlərinin tarixləri və mövzuları barədə mütəmadi olaraq, mətbuatda elan veriləcəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR