Çaylarda suyun səviyyəsi azalıb

17:08 19 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 90-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, yanvarın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8, Qanıx çayının Əyriçay məntəqəsində isə 2 sm azalma müşahidə olunub.
Araşdırmalara görə, Kür çayının aşağı axınında da suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5, Şirvanda 2, Salyanda 10, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHaylarda_suyun_seviyyesi_azalib-825811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR