Kənd təsərrüfatı naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək

17:08 19 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Heydər Əsədov yanvarın 23-də saat 11-də Göyçay şəhərində Ucar, Zərdab, Ağdaş, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 055-736-65-05) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin “Qaynar xətt”i (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_naziri_Goychay_seherinde_vetendaslari_qebul_edecek-825806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR