Qəhrəmanlıq tariximizin şanlı səhifəsi

17:13 19 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Yevlax, 19 yanvar, AzərTAc 
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirələrinə ehtiramlarını bildiriblər.
YAP Yevlax rayon təşkilatı aparatının rəhbəri Əli Quliyev tədbirdə çıxış edərək Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən danışıb. Bildirib ki, 1990-cı ilin yanvarın 20-si Azərbaycan tarixinə təkcə faciə kimi deyil, həm də xalqımızın mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımız hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirib.
Çıxışlarda qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib. 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ölkəmizdə keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu yüksək qiymətləndirilib.
Tədbirdə 20 Yanvar faciəsinin şahidlərinin qanlı hadisələrlə bağlı xatirələri dinlənilib, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış bədii kompozisiya nümayiş olunub.
Faciənin 25-ci ildönümü ilə bağlı şəhər məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin qalibi Qönçə Ağayeva YAP Yevlax rayon təşkilatı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qehremanliq_tariximizin_sanli_sehifesi-825814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR