20 Yanvar-Qanlı yaddaşımızdır

20 Yanvar-Qanlı yaddaşımızdır
17:13 19 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Z.Mansurova, AzərTAc
Yanvarın 19-da M. S. Ordubadinin ev-muzeyi və Xətai rayonundakı 27 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə məktəbin foyesində şəhidlərin xatirəsinə sərgi nümayiş etdirilib, al qərənfillər düzülmüş səhnədə şamlar yandırılıb. Bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.
Məktəbin direktoru Cəmilə Ramazanova, M.S.Ordubadinin ev muzeyinin elmi işçisi Təranə Vəliyeva, Din Tarixi muzeyinin direktoru M.Babayeva, şair-publisist Z.Qayalı və başqaları Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat veriblər.
Bildirilib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, xalqın mübarizə tarixində şərəfli bir səhifədir. 25 il keçməsinə baxmayaraq, bu gün də Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir.
Sonda məktəbin şagirdləri və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvlərinin ifasında “20 Yanvar-qanlı yaddaş” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Qanli_yaddasimizdir-825812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR